Naxçıvan şəhərində bilyardın qarışıq piramida növü üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Uğur Bilyard Salonu”nun təşkilatçılığı ilə 26–28 sentyabr tarixlərində keçirilən turnirdə 32 iştirakçı mübarizə aparıb.
Yarışın yekun nəticələrinə əsasən Loğman Babayev birinci yerə sahib çıxıb. Şirxan Abbasov ikinci, Əhməd Vəlizadə və Fərid Quliyev isə üçüncü yerlərə layiq görülüblər.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi Loğman Babayevə baş mükafat – kubok təqdim edilib.
Birinciliyin keçirilməsində əsas məqsəd bilyard idman növünə marağın artırılması, bu sahədə yeni idmançıların yetişdirilməsi və peşəkar bilyardçıların formalaşmasına zəmin yaradılması olub.